mozilla

Mozilla Ailəsi

Mozilla Foundation - Mozilla Ailəsi

Bir çoxlarımız Mozilla Ailəsinin məhsullarını gündəlik həyatımızda işlədirik. Amma çoxları Mozilla haqqında məlumatsızdır.

Mozilla Foundation - Açıq Qaynaqlı Mozilla Proyektlərini dəstəkləyib, idarə edən qeyri-kommersial təşkilatdır. Bütün məhsulların inkişaf etdirilməsi üçün lazım olan maddi və texniki dəstəyi göstərir, rəsmi loqotiplərə nəzarət edir və başqa bir çox işləri öz əlində saxlayır.


22 yanvar 1998-ci ildə Netscape Communications Corporation, səyyahlarla olan müharibədə uduzduqdan sonra Netscape Communicator 5 -in qaynaq kodlarını açdı. Kodlar o qədər pis vəziyyətdə idi ki, bir qrup maraqlılar yığışaraq kodu təzədən yazmaq qərarına gəldilər. Netscape-in daxili nüvəsinin adının şərəfinə yeni proyekt Mozilla adlandırıldı.

23 fevral 1998-ci ildə Netscape "Mozilla Suite"-in hazırlanması üçün "Mozilla Organization" adlı təşkilat yaratdı. Təşkilat, əsasən, Netscape-in peşəkar tərtibatçılarından ibarət idi, amma demək olar ki, Netscape-dən asılı deyildi. Əvvəlcə məlumat yaymışdılar ki, Mozilla səyyahı sadəcə test məqsədləri üçün hazırlanır, istifadəçilər üçün yox. Bu üzdən müvəqqəti olaraq istifadəçilər üçün Beonex Communicator istifadəyə verildi, bununla belə bir çox istifadəçilər Mozilla-nın test versiyasını yükləyirdilər.

America Online (AOL) (Netscape) səyyah üçün olan xərcləri azaltdıqda isə proyektin maliyyə dəstəyi üçün Mozilla Foundation yaradıldı. AOL Mozilla Fondunun yaradılması üçün lazımi işləri gördü və 3 aylığına fond 3 nəfərin istifadəsinə verildi. Bu Mozilla-nın AOL (Netscape) -dan ayrılması üçün idi. 2 il ərzində isə Mozilla Fondu üçün 2 milyon dollar məbləğ ayırdı.

3 avqust 2005-ci ildə Mozilla Foundation yeni Mozilla təşkilatını yaratdı. Mozilla təşkilatı Mozilla Firefox və Mozilla Thunderbird proqramlarının yeni versiyalarının hazırlanmasına və texniki dəstəyə baxırdı. Mozilla Fondundan fərqli olaraq Mozilla təşkilatı vergi ödəyirdi və daha çox imkanlara malik idi.

Hazırda Mozilla Fondu Camino və SeaMonkey proyektlərinə nəzarət edir. Netscape-dən fərqli olaraq Mozilla təşkilatı daha da qorumalı hərəkət edir. Bütün loqotiplər və s. Mozilla təşkilatının adınadır. Mozilla Fondu proyektlərin kodlarının yayılması və istifadəsinə nəzarət edir.

Mozilla Fonduna ən çox dəstək Google tərəfindən gəlir. 2005-ci ildə bağlanmış razılaşmaya əsasən 2008-ci ilədək Mozilla Firefox-da əsas axtarış və ana səhifə Google-un idi.2008-ci ildə müqavilənin vaxtı bitdikdə Google dərhal daha 3 illik müqavilə bağladı.

Mozilla -nın demək olar ki, bütün məhsulları Linux istifadəçiləri arasında aktiv işlənir. Linux sistemlərinin çoxunda Mozilla Firefox əsas səyyahdır, Mozilla Thunderbird isə əsas e-poçt klientidir. Linux Ubuntu-da Mozilla Firefox və Thunderbird demək olar ki, sistemlə tam uyğunlaşdırılıb, yeni çıxan Unity panel ilə rahat işləyir və həmçinin çox sürətlidir.

Aşağıda Mozilla-nın məhsulları ilə tanış ola və yükləyə bilərsiz:

Mozilla Firefox logo1) Mozilla Firefox - İnternet Səyyah. Sözsüz bir çoxlarının könlünü qazanmış proyekt. İnterneti açıq və qorumalı saxlamaq məqsədi ilə yaradılıb. Bu haqda Mozilla çox gözəl bir video da düzəldib. (Video ingilis dilindədir):



Firefox for Android logo2) Mobil cihazlar üçün Firefox. Artıq mobil internet daha da aktivdir. Əksər saytların mobil servisləri daha çox işlənir nəinki web.Mobil telefondan bizə daima kompüterimizdə olan linklər və s. lazım olur. Həmçinin sürətlə web və mobil saytlara girməli oluruq. İndiyədək Firefox -un mobil versiyasına o qədər də fikir vermirdilər, çünki Flash dəstəyi yox idi. Lakin təzəliklə yeni Beta versiyasında Flash dəstəyi və digər stabilləşdirmə işləri görülüb. Artıq daha da diqqətə layiq səyyah alınıb.

Mozilla Thunderbird logo3) Mozillanın diqqətə layiq daha bir proyekti, Mozilla Thunderbird. Bu çox rahat və çoxfunksiyalı e-poçt klientidir. Mozilla Thunderbird ilə rahatca e-poçtlarınızı bir klientdə oxuya və idarə edə bilərsiz.

 

Mozilla SeaMonkey logo4) Mozilla SeaMonkey - Vaxtıyla yaradılmış Mozilla Suite. Bütün lazımi funksiyalar bir yerdə. Həm səyyah, həm e-poçt və xəbər qrupu klienti, HTML Editor, Web Tərtibatçı Alətləri, İRC klient - bütün bunları özündə birləşdirən başqa səyyah yoxdur.

Mozilla Sunbird logo5) Mozilla Lightning və Sunbird - Lightning kalendar,task və digər planlama işləri üçündür. Sunbird isə kalendarın istifadəsini daha da maraqlı edən tətbiqdir.

 

Mozilla Camino logo6) Mozilla Camino - Mac OS X üçün optimallaşdırılmış internet səyyahıdır. Cocoa user interfeysi ilə qurulub, Gecko mühərriki ilə işləyir.

 

Mozillanın Eksperiment İşləri:

Mozilla WebFWD logo7) WebFWD

 

 

Mozilla Rainbow logo8) Rainbow

 

Mozilla Tərtibatçılar üçün Alətlər:

Bugzilla Logo1) Mozilla Bugzilla - Şirkətlər üçün hazırlanmış bug tapan sistem. Dünyanın bir çox şirkətləri tərəfindən aktiv işlədilir.

 

Firefox Firebug logo2) Mozilla Firebug - Əksər Tərtibatçılar tərəfindən aktiv işlədilən alətdir. Web saytlarda səhvlərin tapılmasında əvəzsiz rol oynayır. Saytda dəyişiklik etmədən yenilikləri firebug ilə əvvəlcədən test edib saytın sonrakı görünüşünü görə bilərsiz. Bu gözlənilməz səhvlərin çıxmasının qarşısını alır, həmçinin çox istifadəçisi olan saytların təmirə görə bağlanmaqlarına ehtiyyac yaranmır.

Mozilla ilə Düzəlmiş Proqramlar:

CouchDB logo1) CouchDB - Lokal istifadə üçün hazırlanmış sənədlərlə işləyən məlumat bazası

 

 

ChatZilla logo2) ChatZilla - Bir çoxları tərəfindən günümüzdə də işlədilən İRC klienti

 

Mozilla ilə düzəlmiş digər proqramlar...

Mozilla Texnalogiyaları:

1) Gecko - HTML,CSS,XUL və JavaScript tipli proqramları oxuyub oları ekranda göstərir.

 

 

2) XULRunner - İstifadəçilərə Firefox və Thunderbird kimi XUL ilə işləyən proqram yazmağa imkan verir.

 

Digər Mozilla texnalogiyaları...

Arxivləşmiş Proyektlər:

Minimo logo1) Minimo - Mobil cihazlar üçün səyyah yaratmaq cəhdi idi, lakin daha sonra 2007-ci ildə proyekt dayandırıldı və əvəzində Firefox for Mobile proyekti yaradıldı.

 

Mozilla Suite logo2) Mozilla Suite - Mozilla-nın düzəltdiyi bütün proqramları özündə cəmləndirən paket. Mozilla əsas diqqətini Firefox və Thunderbird-ə ayırdığından 2006-cı ildən proqramın yenilənməsinə son verildi və proyekt arxivə düşdü.

 

FirefoxOS logoBunlardan əlavə bu il Mozilla həmçinin B2G əməliyyat sistemini nümayiş etdirmişdi və hal-hazırda sistem üzərində işlər gedir.

Bu sistem Gecko mühərriki ilə işləyir və bütün kodlar tam HTML-dən ibarətdir. Tam HTML-dən ibarət əməliyyat sistemi. Əsasən Android ilə işləyən bütün telefonlarda işləyə bilir. Hətta market-i də var, ordan növbənöv oyun və tətbiqetmələr yazmaq mümkündür. Və ən əsası, əgər sizin də sadə HTML biliyiniz varsa, bu sistem üçün proqram yaza və ya birbaşa sistemdə nəsə əlavə edə bilərsiz. Kodları tam açıqdır. Hələlik bunun üzərində çoxlu işlər gedir. Tezliklə ümüdvarıq hər zamankı kimi bizi sevindirər.

Qeyd: Bu məqalə 25 İyun 2012ci ildə Azerbaijan Open Source Network tərəfindən yazılıb.

Hazırki qiymət: 5

Şərhlər