mozilla

Azərbaycan dilində Mozilla Firefox

İnternetin hər kəsə açıq və əlçatan olması üçün çalışan Mozilla-nın masaüstü səyyahı Firefox Azərbaycan dilində rəsmi yayındadır.

Uzun illərdir Mozilla internetin inkişafı və təhlükəsizliyi üçün çalışır və istifadəçilərin ən çox güvəndiyi internet şirkəti olaraq fəaliyyət göstərir. Şirkətin internet üçün verdiyi ən böyük töhfələrdən biri də Firefox internet səyyahıdır.

İnternetdə saytlar istifadəçinin səyyahının dilinə görə onun dilində olan səhifəni göstərməyə çalışırlar. Və eyni zamanda bu həmin dildə maraqlı olan istifadəçi sayını göstərir. Bu dilə maraqlı olan istifadəçi sayı az olduqda internet xidmətləri göstərən saytlar da (Google, Yandex, Facebook, Twitter, Amazon, Ebay və s.) bu dildə danışanların az olduğunu, onsuz da hamısının fərqli bir dili (rusca və ya ingilizcə) bildiyini düşünürlər və bu dildə danışan istifadəçilərə xidmət göstərməkdə maraqlı olmurlar.

Uzun illərdir internetdə Azərbaycan dilinin yayılmasından söhbət gedir, bir qrup insanlar wikipedia - onlayn ensiklopediyanın Azərbaycan dilinə keçirilməsi üçün çalışırlar, amma internetdə Azərbaycan dilinin yayılması üçün ən əhəmiyyətli şeylərdən biri internetdə gəzmək üçün istifadə etdiyimiz səyyahın dilidir. Bu səbəblə biz Mozilla Azərbaycan icması olaraq uzun və yoğun işlərin sonunda heç bir maddi gəlir güdmədən Firefox səyyahında Azərbaycan dilinin də dəstəkləndiyi dillər siyahısına əlavə edilməsinə nail olduq. Geniş testlərdən sonra Firefox 35 versiyası tam Azərbaycan dili dəstəyi ilə yayıma verildi.

İcma olaraq uzun müddət Mozilla məhsullarında Azərbaycan dilinin də dəstəklənməsi üçün çalışacıq və bu işdə tək məqsədimiz öz dilimizin internetdə yayılması və istifadəçilərin öz dilimizdə internetdə gəzə bilməsini mümkün etməkdir.

İcmamız hər kəs üçün açıqdır və missiyamızda bizə dəstək olmaq istəyən hər kəs qatıla bilər.

Bizə qatılın, Masaüstü üçün Azərbaycan dilində Firefox səyyahını endirin.

Hazırki qiymət: 5

Şərhlər