Əgər hal-hazırda başqa bir dildə olan Firefox quraşdırmasına sahibsinizsə, Firefox-u Azərbaycan dilində istifadə etmək üçün yenidən endirməyə və quraşdırmağa ehtiyyac yoxdur. Bir neçə dəqiqədə mövcud Firefox-u Azərbaycan dilinə çevirə bilərsiniz.
Bunun üçün əvvəlcə bu keçidə daxil olub Azərbaycan dilini Firefox-a əlavə edin.
Daha sonra ünvan sətrinə about:config yazın və daxil olun.
Söz verirəm diqqətli olacam! düyməsinə klikləyin(və zəhmət olmasa diqqətli olun).
Axtarış sətrinə intl.locale.matchOS yazın və əgər true kəmiyyəti seçilibdirsə, bu kəmiyyətin üzərinə iki dəfə klikləyərək kəmiyyəti false edin.
Bundan sonra yenə eyni axtarış sətrinə general.useragent.locale yazın və kəmiyyətin üzərinə iki dəfə klikləyərək mövcud kəmiyyəti(en-US, tr-TR və s.) az-AZ ilə dəyişin.
Bu qədər, artıq Azərbaycan dilində Firefox-dan istifadə etmək üçün sadəcə Firefox-u yenidən başlatmaq kifayətdir. Xoş səyahətlər.
Share on Twitter Share on Facebook
Comments