Bloq | Mozilla Azərbaycanhttps://mozillaz.org/blog/2018-02-13T14:53:54.880000+00:00Bloq yazılarımızİndiyə qədər təqdim etdiyimiz ən yaxşı Firefox2017-06-16T23:08:50+00:002017-06-17T09:18:21.642000+00:00fardinhttps://mozillaz.org/blog/author/fardin/https://mozillaz.org/blog/indiye-qeder-teqdim-etdiyimiz-en-yaxsi-firefox/
E10s vasitəsilə Firefox-un ən sonuncu buraxılışı yaddaş istifadəsi və sürət arasındakı “düzgün” tarazlığı saxlayır.

İstifadəçilərimizin səyahətlərini planlaşdırarkən və ya alış-veriş etməzdən əvvəl qiymətləri müqayisə edərkən internetdən istifadə etdiklərindən xəbərdarıq. Bu cür işlər görərkən adətən çoxlu sayda vərəqlər açılır. Bu vərəqlərdə işləyən saytlarda və internet tətbiqlərində adətən animasiyalara, videolara, iri həcmli şəkillərə və bir çox başqa şeyə rast gəlinir. Qarışıq və böyük saytlar get-gedə daha çox qarşımıza çıxır. Wired-ın araşdırmasına əsasən bugünkü normal bir internet səhifəsi təxminən 2.5 meqabayt həcmə malikdir. Bəlkə xatırlayanlar var: İlk Doom oyunu bu qədər həcm tuturdu. İndiyə qədər bir Firefox vərəqindəki ağır bir səhifə digər vərəqləri də yavaşlada bilirdi. Bunun heç də mükəmməl bir internet səyahəti təcrübəsi olmadığını qəbul edirik.

Firefox-un ağır saytlarda daha sürətli işləməsi üçün bir müddətdir üzərində işlədiyimi bir layihə var idi: Firefox-u çoxlu sayda əməliyyat sistemi prosesi istifadə etməsi üçün dəyişdirirdik. Sadə dillə desək, köhnə Firefox bütün vərəqləri işlətmək üçün sadəcə bir əməliyyat sistemi prosesindən istifadə edirdi. Halbuki müasir internet səyyahları vərəqlərin yükünü bir-birindən asılı olmayan proseslərə bölməyi bacara bilməlidir. Firefox-u çoxlu sayda prosesə bölmə layihəmizə suyu əsas elementlərinə ayıran kimyəvi bir proses olan “elektroliz”-dən ilham alaraq Electrolysis (qısaca E10s) adını vermişdik. E10s, indiyə qədər Firefox kodlarında etdiyimiz ən böyük dəyişiklikdir. Bu gün E10s layihəsinin növbəti böyük mərhələsinə start veririk.

Məzmunu dörd ayrı prosesə bölən daha sürətli Firefox

Bir neçə gün əvvəl çıxan 54-cü buraxılışı ilə Firefox açıq vərəqlərdəki internet səhifələrini işlətmək üçün dörd ayrı proses istifadə edə bilir. Beləliklə, bir vərəqdəki ağır və qarışıq bir internet səhifəsi digər vərəqlərdəki səhifələrin yüklənmə və işləmə sürətinə daha az təsir edir. Vərəqləri proseslərə bölərək kompüterinizdəki avadanlıqları daha effektiv istifadə edə bilirik. Beləliklə, Firefox sevimli internet səhifələrinizi yükləyərkən artıq sizi daha az gözlədir.

Biz bir müddətdir Firefox-un tamamlanmamış sınaq buraxılışlarında (Nightly) bu yenilikdən istifadə edirdik. Səmərəlilikdə artış olduğunu əminliklə deyə bilərik. E10s vasitəsilə Firefox nəinki daha sürətli işləyir və daha az çökür, həmçinin saytları daha səlis və problemsiz işlədir. Facebook Xəbər Lenti kimi ağır səhifələr belə problemsiz və təmiz şəkildə sizə təqdim olunur. E10s dəstəkli yeni Firefox-a keçdikdən sonra, artıq onsuz yaşaya bilməyəcəyinizi deyə bilərik.

E10s ilə gələn Firefox 54-də saytlar bütün kompüterlərdə, amma əsasən əməli yaddaşı (RAM) az olan kompüterlərdə daha yaxşı işləyəcək. Firefox sürət və yaddaş istifadəsi arasındakı “düzgün” tarazlığı saxlamağı hədəfləyir. Firefox-un çoxlu sayda proses arxitekturasını yaxından tanımaq və Chrome ilə arasındakı fərqləri öyrənmək istəyirsinizsə, Ryan Pollock-un bloq yazısını oxuya bilərsiniz.

Firefox minimum yaddaş istifadəsində liderdir

Məşhur səyyahların yaddaş istifadəsini müqayisə etdiyimiz sınaqlarda Firefox-un Windows 10, macOS və Linux-da rəqiblərindən daha az RAM istifadə etdiyini müşahidə etdik. (RAM, Əməli Yaddaş Qurğusu mənasını verir və aktiv olaraq istifadə olunan proqramları saxlayan yaddaş növüdür.) Bu o mənaya gəlir ki, Firefox ilə internetdə azad şəkildə səyahət edərkən, kompüterinizdəki digər proqramları işlətmək üçün də daha çox RAM-ınız qalır.

İndiyə qədər təqdim etdiyimiz ən yaxşı Firefox

Adi istifadəçilərin belə hiss edə biləcəyi dəyişikliklər nəticəsində Firefox 54 indiyə qədər hazırladığımız ən yaxşı Firefox buraxılışıdır. Firefox-un bu buraxılışında başqa kiçik yeniliklər də var. Dəyişikliklərin tam siyahısına buraxılış qeydlərimizdən baxa bilərsiniz. İnternet tərtibatçısı və ya əlavə tərtibatçısısınızsa yeni buraxılışımızda istifadəyə verdiyimiz Web Platformu və WebExtension API-ları haqqında məlumat əldə etmək üçün Hacks Bloq-umuza nəzər yetirə bilərsiniz.

Quantum Layihəsi ilə bağlı addımlar atmağa davam edərkən, müasir cihazları nəzərdə tutaraq hazırlanan, tamamilə yenilənmiş bir səyyah yaratmağı hədəfləyirik. Məqsədimiz, Firefox-u həm kompüterlərdə, həm də mobil cihazlarda ən sürətli və ən problemsiz işləyən səyyah halına gətirməkdir. 2017-ci ilin sonuna yaxın Firefox-un bacarıqlarında və səmərəliliyində yenə böyük dəyişikliklər görə biləcəksiniz. Firefox-dan istifadə etməyi dayandırmışdınızsa, indi əlavə bir şans verməyin əsl vaxtıdır. Onu yenidən sevəcəyinizi düşünürük. Təşəkkür edirik və düşündüklərinizi bizimlə paylaşmağınızı xahiş edirik.

Windows, Mac və Linux üçün Firefox-u endirin

Windows, Mac, Linux üçün Firefox buraxılış qeydləri

Android üçün Firefox-u endirin

Android üçün Firefox buraxılış qeydləri

Mövcud Firefox səyyahınızı Azərbaycan dilinə çevirin!2015-08-01T13:48:17+00:002016-10-11T01:23:15.705000+00:00fardinhttps://mozillaz.org/blog/author/fardin/https://mozillaz.org/blog/movcud-firefox-seyyahinizi-azerbaycan-diline-cevirin/
Əgər hal-hazırda başqa bir dildə olan Firefox quraşdırmasına sahibsinizsə, Firefox-u Azərbaycan dilində istifadə etmək üçün yenidən endirməyə və quraşdırmağa ehtiyyac yoxdur. Bir neçə dəqiqədə mövcud Firefox-u Azərbaycan dilinə çevirə bilərsiniz.

Bunun üçün əvvəlcə bu keçidə daxil olub Azərbaycan dilini Firefox-a əlavə edin.

Daha sonra ünvan sətrinə about:config yazın və daxil olun.

Söz verirəm diqqətli olacam! düyməsinə klikləyin(və zəhmət olmasa diqqətli olun).

Axtarış sətrinə intl.locale.matchOS yazın və əgər true kəmiyyəti seçilibdirsə, bu kəmiyyətin üzərinə iki dəfə klikləyərək kəmiyyəti false edin.

Bundan sonra yenə eyni axtarış sətrinə general.useragent.locale yazın və kəmiyyətin üzərinə iki dəfə klikləyərək mövcud kəmiyyəti(en-US, tr-TR və s.) az-AZ ilə dəyişin.

Bu qədər, artıq Azərbaycan dilində Firefox-dan istifadə etmək üçün sadəcə Firefox-u yenidən başlatmaq kifayətdir. Xoş səyahətlər.
Azərbaycan dilində Mozilla Firefox2015-02-21T03:26:15+00:002018-02-13T14:53:54.880000+00:00Mozilla Azerbaijanhttps://mozillaz.org/blog/author/mozillaz/https://mozillaz.org/blog/azerbaycan-dilinde-mozilla-firefox/
İnternetin hər kəsə açıq və əlçatan olması üçün çalışan Mozilla-nın masaüstü səyyahı Firefox Azərbaycan dilində rəsmi yayındadır.

Uzun illərdir Mozilla internetin inkişafı və təhlükəsizliyi üçün çalışır və istifadəçilərin ən çox güvəndiyi internet şirkəti olaraq fəaliyyət göstərir. Şirkətin internet üçün verdiyi ən böyük töhfələrdən biri də Firefox internet səyyahıdır.

İnternetdə saytlar istifadəçinin səyyahının dilinə görə onun dilində olan səhifəni göstərməyə çalışırlar. Və eyni zamanda bu həmin dildə maraqlı olan istifadəçi sayını göstərir. Bu dilə maraqlı olan istifadəçi sayı az olduqda internet xidmətləri göstərən saytlar da (Google, Yandex, Facebook, Twitter, Amazon, Ebay və s.) bu dildə danışanların az olduğunu, onsuz da hamısının fərqli bir dili (rusca və ya ingilizcə) bildiyini düşünürlər və bu dildə danışan istifadəçilərə xidmət göstərməkdə maraqlı olmurlar.

Uzun illərdir internetdə Azərbaycan dilinin yayılmasından söhbət gedir, bir qrup insanlar wikipedia - onlayn ensiklopediyanın Azərbaycan dilinə keçirilməsi üçün çalışırlar, amma internetdə Azərbaycan dilinin yayılması üçün ən əhəmiyyətli şeylərdən biri internetdə gəzmək üçün istifadə etdiyimiz səyyahın dilidir. Bu səbəblə biz Mozilla Azərbaycan icması olaraq uzun və yoğun işlərin sonunda heç bir maddi gəlir güdmədən Firefox səyyahında Azərbaycan dilinin də dəstəkləndiyi dillər siyahısına əlavə edilməsinə nail olduq. Geniş testlərdən sonra Firefox 35 versiyası tam Azərbaycan dili dəstəyi ilə yayıma verildi.

İcma olaraq uzun müddət Mozilla məhsullarında Azərbaycan dilinin də dəstəklənməsi üçün çalışacıq və bu işdə tək məqsədimiz öz dilimizin internetdə yayılması və istifadəçilərin öz dilimizdə internetdə gəzə bilməsini mümkün etməkdir.

İcmamız hər kəs üçün açıqdır və missiyamızda bizə dəstək olmaq istəyən hər kəs qatıla bilər.

Bizə qatılın, Masaüstü üçün Azərbaycan dilində Firefox səyyahını endirin.